Avropa Rusiyadan enerji asılılığına son qoyub

Avropa İttifaqınnn xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Rusiyadan enerji asılılığı barədə danışıb. 

Polise.az xəbər verir ki, o, “Diario” qəzetinə müsahibəsində bu mövzuya toxunub.

Borrel bildirib ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığından qurtulub. 

“Bir neçə ay ərzində biz Rusiya Federasiyasından illərdir davam edən enerji asılılığını aradan qaldırdıq”, – o deyib. 

Borrelin fikrincə, enerji bazarındakı gərginliyi artıq Ukrayna hadisələri ilə əlaqələndirmək olmaz. 

“Bu, enerji sektorunda struktur problemidir və xüsusən də qaz və elektrik enerjisi qiymətləri arasındakı əlaqədir”, – deyə Aİ rəsmisi söyləyib. 

Borrel Ukraynaya tank verilməsi məsələsinə də toxunaraq bunun Almaniyanın mövqeyi ucbatından gecikdiyini bildirib və Kiyevə tank tədarükü məsələsini vacib hesab etdiyini vurğulayıb. 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button