Axtarışda olan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “polise.az“a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə barəsində axtarış elan olunmuş Cəbrayıl rayon sakini B.Səfquliyev Beyləqan rayonu ərazisində saxlanılaraq aidiyyatı üzrə təqdim olunub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon sakini V.Hüseynov Bakı şəhəri ərazisində saxlanılaraq aiddiyyatı üzrə təhvil verilib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close