Aydın Quliyev Şəmsəddin Əliyevi 75 illik yubileyi münasibətilə təbrik etdi

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev hüquqşunas-publisist, ”Qızıl Qələm” media mükafatı Laureatı, AYB-nin üzvü Şəmsəddin Əliyevi 75 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz Şəmsəddin bəy!

Sizi – 75 illik yubiley gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Ömrünüzün bu xoş günü unudulmaz həyatınızın yeni başlanğıcı olsun. Siz, təcrübəli hüquqşunas, ictimai xadim və ekspert kimi, “Bakı-Xəbər” qəzeti kollektivinin yaxın dostusunuz. Polad da, dəmir də qırıla,  çiçəklər də sola bilər. Amma möhkəm dostluq heç vaxt solmur və qırılmır.

Bir daha 75 illik yubiley gününüz mübarək!

Uca Allahdan günlərinizin təbəssümlə davam etməsini, yeni başlanğıclar və məqsədlər üçün geniş imkanların açılmasını, habelə vətəndaş cəmiyyətindəki – “Polisə Dəstək” İctimai Birliyinin fəaliyyət istiqamətlərində uğurlar arzulayırıq. Qoy ömür səhifəniz xoş xatirələrlə davam etsin və gələcək günlər Sizə həmişə xoş əhval-ruhiyyə bəxş etsin”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button