“Azərbaycan 5 il sonra getməyimizə qərar versə, o zaman ayağa qalxın” – Kremlin məkrli siyasəti
“Azərbaycanın əsas hədəfi 2025-də Rusiya əsgərini vətəndən çıxartmaq olmalıdır.”
Bu fikirləri konkret.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli səsləndirib. O, Rusiya “sülhməramlıları”-nın Azərbaycan ərazisində aksiya keçirərək erməni əsilli xanımların bayramını təbrik etməsindən narahatlığını dilə gətirib: “Kreml erməni əsilli Azərbaycan vətəndaşlarının beyninə yeridir ki, xilaskarıq, xoş xasiyyətik, sizi sevirik və qoruyacağıq. Birdən Ermənistan əlini tamam üzsə, (rəsmi İrəvan bu münaqişədən çəkilir, bizi bu işdə Kremllə üzbəüz qoymağa çalışır) Azərbaycan isə 5 il sonra bizim getməyimizə qərar versə, o zaman ayağa qalxın, qalmağımızı tələb edin, biz də həmişəlik burada qalaq. Dünənki “aksiyanın” da, Kremlin bütün siyasətinin məğzi də məhz buna xidmət edir”.
Natiq Cəfərli əlavə edib ki, Azərbaycanın əsas hədəfi 2025-ci ildə Rusiya əsgərini vətəndən çıxartmaq olmalıdır. Bu hədəfə çatmaq üçün indiki primitiv sistem yetərli deyil, daha uğurlu, daha qəliz oyun qaydaları yaranmalıdır.