Azərbaycan dənizçiləri beynəlxalq konfransda iştirak ediblər

Azərbaycanın “United Alliance Group” şirkətinin direktor müavini Asif Mehtiyev və “ZenithSurvey” şirkətinin direktoru Seymur Mirzəyev Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərindəki baş qərargahında “London Beynəlxalq Gəmiçilik Həftəsi” çərçivəsində keçirilən konfransda iştirak ediblər.

Polise.az  xəbər verir ki, “London Beynəlxalq Gəmiçilik Həftəsi”nin rəhbər qurumu, Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, bir sıra sənaye, logistika, gəmiçilik şirkətlərinin nümayəndələrinin də qatıldıqları tədbirin gündəliyində dekarbonizasiyanın müzakirəsi, dəniz daşıma riskinin bazara təzyiq göstərən əsas xarici və daxili faktorları, dəniz sənayesinin xarici nəqliyyatında dəyişən geosiyasi və ictimai vəziyyət, bunun xarici siyasətə, kommersiya qərarlarına, gəmiçilik sənayesində istehlakçı amillərə təsiri məsələləri yer alıb.

Sessiyada şirkətin nümayəndələri Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri və ona üzv dövlətlərin bir sıra təmsilçiləri, eləcə də tədbirə qatılan gəmiçilik, logistika, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərin, Dəniz Təsnifat Cəmiyyətlərinin rəhbərləri, hüquq və sığorta şirkətlərinin üzvləri ilə ikitərəfli görüşlər keçirilib, fikir mübadiləsi aparıb.

Sonra “United Alliance Group”da dənizçilik sahəsi üzrə təlimlərin hazırki səviyyəsindən, Dövlət Dəniz və Liman Agentliyinin verdiyi tanınma şəhadətnaməsi əsasında dənizçilər üçün tədris edilən kurslardan bəhs edilib, dənizçilik sahəsində peşəkar mütəxəssislərin hazırlanması baş katib və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Panama Dəniz Administrasiyası tərəfindən “United Alliance Group” şirkətinə verilən səlahiyyət çərçivəsində keçirilən təlimlərdən danışılıb, dənizçilərə təqdim olunan sertifikatların azərbaycanlı dənizçilər üçün üstünlükləri qeyd edilib.

Tədbirdə “United Alliance Group” tərəfindən keçirilmiş “United Alliance Group 1st Annual Dinner in Baku 2023” barədə də məlumat verilib.

2024-cü ildə region ölkələrin gəmiçilik sənayesinin inkişafında rolu olan şirkətlərin iştirakı ilə “Baku Shipping Dinner” çərçivəsində əhəmiyyətli tədbirin keçiriləcəyi vurğulanıb. Bununla yanaşı, dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində “United Alliance Group”un göstərdiyi təmənnasız vasitəçilik (crewing) xidməti yüksək qiymətləndirilib. Dəniz nəqliyyatı sahəsində məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və tərəfdaşlığı daha da gücləndirəcəyinə əminlik ifadə olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button