Azərbaycan Ermənistana sərhədlərin müəyyənləşməsi üçün ikitərəfli danışıqlara başlamağı təklif edib

Azərbaycan hazırda Ermənistanla dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur.

“Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”, – deyə o əlavə edib.

Nazir qeyd edib ki, Azərbaycan silahlı qarşıdurmanın sona çatması ilə yaranan sülh, təhlükəsizlik və əməkdaşlıq vizyonunu reallaşdırmaq üçün QDİƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin maksimum səy göstərməsini gözləyir.

“Azərbaycan ortaya çıxan fürsətlərin Təşkilat və ayrı-ayrı üzv dövlətləri tərəfindən lazımi səviyyədə başa düşüləcəyini və adekvat şəkildə qiymətləndiriləcəyini arzulayır”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close