Azərbaycan Ordusunun kapitanı Türkiyədə bədbəxt hadisə nəticəsində həyatını itirib

Türkiyə Respublikasında komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra başqa bir ərazidə olarkən bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close