Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ICESCO-nun Baş direktoru ilə görüşüb
![](/wp-content/uploads/2024/06/ce2fdaab-0dea-35be-b5e5-efc0d5500de8_850-780x470.jpg)
Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Rabatda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş birektoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Polise.az bu barədə ICESCO-nun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planını müzakirə ediblər.
Görüş zamanı Əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyini təsdiqləyib.
Polise.az