Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş birgə tədbirlər keçiriləcək
![](/wp-content/uploads/2023/03/16787195302351441990_1200x630-780x470.jpg)
Qırğızıstan Respublikasının Dövlət katibi Suyunbek Kasmambetov martın 13-də Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov ilə görüşüb.
AZƏRTAC akipress.org saytına istinadla xəbər verir ki, tərəflər Qırğızıstan ilə Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı ölkələr arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edilməsi çərçivəsində keçirilməsi nəzərdə tutulan birgə tədbirlər də müzakirə olunub.