Azərbaycan və Rusiyanın baş nazirləri ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər
![](/wp-content/uploads/2024/06/88139d20-ace1-3dd0-b01c-345f368d3f05_850-780x470.jpg)
Azərbaycanın Baş Naziri Əli Əsədovla Rusiyanın Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.
Polise.az bu barədə Rusiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Söhbət zamanı tərəflər ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Bundan əlavə, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Polise.az