Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib
Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib.
Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələri qardaş Azərbaycanla hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan ordusunun modernizasiya və təlim işlərinə dəstək olmaqdadır. Bu çərçivədə iki ölkənin Silahlı Qüvvələri arasında “Qardaş Tuqay” lahiyəsinə start verilib.
Konfransda hal-hazırda Azərbaycan hərbçilərilə birgə təlim və tədris fəaliyyətlərinin də aparıldığı bildirilib.
Həmçinin qeyd olunub ki, Türkiyə “İki dövlət, tək millət” anlayışı ilə bütün imkanlarıyla hər zaman Azərbaycanın haqlı mübarizəsində onun yanında olmağa davam edəcək.