Azərbaycana böyük xəyanət: İşğalçıya dəstək verən müsəlman ölkələri

“Heç kimə sirr deyil ki, ərəb dünyasında – Qətər, Yəmən, Səudiyyə Ərəbistanı, İraq, Liviya, Tunis və Mərakeş istisna olmaqla çox güclü yerli ermənilərdən ibarət diaspor şəbəkəsi mövcuddur. Livan, Fələstin, İordaniya və Misirdə yaşayan ermənilərdən ibarət terror qruplarının birinci Qarabağ döyüşlərində vəhşilikləri hər kəsə məlumdur”.

Bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, XX əsrdən bu yana ASALA və digər erməni terror təşkilatlarının bu ölkələrdə düşərgələr qurduğu və indi də onların orada döyüş hazırlıqları keçdikləri haqqında məlumatlar var:

“Bu bandqruplar ümumdünya diaspor şəbəkəsinə daxildir və son günlər həmyerlilərimizə qarşı hücumlar bir daha göstərdi ki, ermənilər bunu hazırlıqlı şəkildə edirdilər. Ermənistan Prezidenti Armen Sərkisyanın Yaxın Şərq ölkələrinin liderləri ilə dostluq əlaqələri var. Məsələn, son bir neçə ildə Ermənistanı silahlandıran İƏT-in üzvü olan İordaniya kralı Armen Sərkisyan ilə möhkəm dostdur.

Son illər ərzində Azərbaycan ərəb dünyasında İƏT daxilindəki münasibətlərdə daha yaxşı nəticələrə nail olsa da, ikitərəfli münasibətlər yaxşı səviyyədə deyil. Bunun həm də tarixi-mental səbəbi var. Azərbaycan hər zaman ərəb xilafətinə qarşı döyüşən, ərəblərin ağalığını qəbul etməyən bölgə olub. Bunun qarşılığında, Osmanlı İmperiyası uzun müddət Yaxın Şərq və Şimali Afrikada söz sahibi olaraq əslində islamın hazırkı mövcudluğunun tək səbəbi olub. Ərəblərin türklərə qarşı psixoloji qısqanclığı var.

Hazırda Xarici İşlər Nazirliyi və diaspor təşkilatları üçün bir neçə istiqamət vacibdir ki, bu coğrafiyalarda ciddi iş aparmaq lazımdır: İran, Gürcüstan və Rusiya; Mərkəzi Asiya; Yaxın Şərq; Qərbi Avropa və ABŞ”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close