Azərbaycana qarşı müharibəni udmaq mümkünsüzdür – 3 “dəmir” səbəb

Ermənistan Bakı və Ankaradan gələn siqnallara və sərt gerçəkliyə adekvat cavab vermək zorunda; İrəvana bir daha “qırmızı xətt” göstərildi: “Beynəlxalq hüquq çərçivəsində hərəkət etməkdən savayı yol qalmayıb…”

Bakı və Ankara yolunu çoxdan azmış İrəvana doğru yolu, barış və əməkdaşlıq siqnalları göndərməkdə davam edir. Son olaraq bunu iki gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan dilə gətirdi. Ermənistan rəhbərliyini soyuq məntiqin diktəsi ilə hərəkət etməyə, “birtərəfli ittihamların yerinə realist yanaşma sərgiləməyə” çağıran qardaş dövlətin lideri bütün hallarda ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətin vacibliyini xüsusi vurğuladı.

Yəni Ərdoğan Nikol Paşinyana bir daha qırmızı xətt”i göstərdi. “İrəvan bu yöndə hərəkət etməyə hazırdırsa, o zaman Türkiyə Ermənistanla münasibətləri tədricən normallaşdırmaq istiqamətində fəaliyyətə başlaya bilər”. Bu sözləri də Türkiyə rəhbəri açıq və net şəkildə söylədi və qonşu ölkələrlə münasibətlərdə Ermənistanın beynəlxalq hüquq çərçivəsində hərəkət etməkdən savayı yolunun qalmadığını Nikol da daxil, “göylə gedən” erməni siyasi isteblişmentinə anlatdı.

*****

Əlbəttə ki, Bakı və Ankaranın İrəvana xoş məram jestləri əsla zəifliyin yox, böyüklüyün və gücün, yıxılana əl uzatmaq kimi humanist davranışın nümayişidir. Bölgədə qalıcı sülh və çoxtərəfli əməkdaşlığa görə məsuliyyətli olmaq hissinin təzahürüdür. Yetər ki, yıxılan da özünü yekəxana kimi yox, düşdüyü duruma adekvat aparsın, şansları doğru dəyərləndirsin.

Əfsus ki, Ermənistan hökuməti bu siqnalların tarixi önəmini lazımınca anlaya, zamanın nəbzini tuta bilmir, Ermənistana atılan son “xilas kəməri”ndən yapışmağa tələsmir. Bununla da olduqca qiymətli zamanı, tarixin bəlkə də axırıncı unikal fürsətini itirməklə Ermənistanın simvolik dövlətçiliyinin də sonunu yaxınlaşdırır.

Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düzdür, Ermənistan hökumətinin yaxın 5 il üçün qəbul elədiyi və yeni parlamentdə təsdiqlənən proqramında Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyinə aid bənd var. Ancaq bununla yanaşı, orada Azərbaycanla hərtərəfli sülhü əngəlləyəcək məqamlar, ölkəmizə qarşı ərazi iddiası da yer alıb.

Məsələn, sənəddə deyilir ki, “Ermənistan hökumətinin vəzifəsi yaxın illərdə ”artsax xalqının təhlükəsizliyinin, Dağlıq Qarabağ münaqişəsinin dinc və hərtərəfli nizamlanmasının təmin edilməsi” olmalıdır. Qeyd edilir ki, Ermənistan hökuməti münaqişənin (hansı ki, artıq mövcud deyil – red.) yekun həllini ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında və “Dağlıq Qarabağın statusunun yaxşı məlum olan prinsip və elementlər, o cümlədən öz müqəddəratını təyin etmə” əsasında müəyyən edilməsində görür. Hökumət “artsax hakimiyyəti” ilə (oxu: Azərbaycanın ayrılmaz hissəsi ilə – red.) qanunsuz əməkdaşlığı dərinləşdirəcək, habelə yeni “əməkdaşlıq standartı” yaradacaq və İrəvan bundan sonra da “artsax xalqının təhlükəsizliyinin qarantı” olacaq. Paşinyanı hökumətinin proqramına əsasən “artsaxın və artsax xalqının” təhlükəsizliyini bundan sonra da “Özünümüdafiə ordusu” (Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə qalan qanunsuz erməni silahlı dəstələri nəzərdə tutulur – red.) təmin edəcək. Eyni zamanda Rusiya sülhməramlı qüvvələrinin regionda iştirakı “ən etibarlı təhlükəsizlik təminatı” kimi qiymətləndirilir.

*****

Paşinyanın beşillik proqramında Qarabağ haqda nə var... YENƏ DƏ “ARTSAX MÜDAFİƏ ORDUSUNDAN” DANIŞILIR

Göründüyü kimi, Ermənistan hökuməti Azərbaycanla yekun və ədalətli sülhü ayrı cür təsəvvür edir və rus sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətindəki ərazilərimizlə bağlı, statusla bağlı hələ də təhlükəli planlar qurur. “Təhlükəsizliyin təminatçısı” qismində “Dağlıq Qarabağ müdafiə ordusuna” dəstək verəcəyini göstərir. Ayrı sözlə, ərazimizdə qalmış işğalçı ordunun tör-töküntülərini legtimləşdirmək iddiasını davam etdirir – qanunsuz dəstələri Qarabağdan təcili çıxarmaq əvəzinə.

Müşahidə edilən həmçinin odur ki, Ermənistan son aylar öz iqtisadiyyatını böhrandan çıxarmaq, ölkədən kütləvi köçü dayandırmaqdan daha çox dağılmış ordusunu bərpa eləmək səyləri göstərir. Bütün bunlar Ermənistan üçün “oturduğu budağı kəsmək” anlamına gəlir – nəyin acı nəticəsini ki, erməni xalqı 44 günlük müharibədə artıq əyani görüb. Di gəl ki, revanşist abı-hava Paşinyan hökumətinin də başından hələ tam çıxmayıb – ara-sıra pozitiv siqnallar verilsə də.

Diqqət edin, Gorus-Qafan  yolunun ərazimizdən keçən hissəsinin cəmi 1-2 günlüyə bağlanması kifayət elədi ki, Ermənistan növbəti nəqliyyat kollapsı yaşasın. Sual da elə budur ki, Azərbaycandan, Türkiyədən bunca asılı olan “izqoy” ölkənin rəhbərliyi, nəhayət, realist yanaşma sərgiləyəcəkmi? Doğrudanmı Ermənistan adlı saxta dövlətin uçuruma getdiyini İrəvanda görə, hesablaya, hiss edə bilmirlər? Həqiqətənmi orada bunu da bilmirlərmi ki, Qarabağda bir ovuc erməninin də varlığı məhz qonşu ölkələrlə böyük sülh anlaşması imzalamağa bağlıdır?.. 

*****

Cəbrayılın daha 3 kəndi işğaldan azad edildi

Azərbaycana qarşı müharibəni udmaq isə artıq qeyri-mümkündür. Ən azı, 3 “dəmir” səbəbdən:

1. Ermənistan heç vaxt Azərbaycanla hərbi paritetə nail ola bilməyəcək. Çünki iqtisadi, demoqrafik (insani), coğrafi (geosiyasi) göstəricilər bizim xeyrimizədir və belə də qalacaq, hətta fərq getdikcə xeyrimizə böyüyəcək.

2. Varlı Azərbaycan 5-ci nəsil müasir silahlar alır, ordusunu sürətlə modern və döyüşkən Türkiyə (NATO) modelinə qurur, Ermənistan isə Rusiya yolu tutub və bundan sonra da öz kasıb əhalisinin boğazından kəsib alacağı qeyri-müasir silahların böyük qismi dəmir metallom kimi Bakıdakı Hərbi Qənimətlər Parkının daimi eksponatına çevrilə bilər.

3. Azərbaycanın arxasında onu heç vaxt darda qoymayacaq etibarlı hərbi-siyasi müttəfiqlər, regional supergüclər – Türkiyə, Pakistan, İsrail dayanır. Qərblə Rusiya arasında daim təhlükəli, “ikili” oyunlar oynayan Ermənistana qarşı isə nə Rusiyanın, nə də Qərbin sonadək güvəni və etibarı var. Əksinə, Azərbaycanın Rusiya və Qərblə də münasibətləri yaxşıdır.

Odur ki, Ermənistan heç olmasa simvolik dövlətçiliyini saxlamaq istəyirsə, hərbi revanş xülyasına düşməzdən öncə dönə-dönə xəritəyə baxmalı, 3 dəfə düşünməlidir…

Hamısını Göstər

Related Articles

Back to top button