Azərbaycanda polis genişmiqyaslı əməliyyata başladı: Saxlanılanlar var

Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirməsinə münasibət bildirib. 

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlama verib:

“Əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyat Kənd Təsərrüfatı Nazirliyinin müraciəti və təşəbbüsü əsasında keçirilir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq”.

13:12

Daxili İşlər Nazirliyi kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir. 

Qafqazinfo-nun məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Kənd Təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. 

Əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var.

İlkin istintaq hərəkətləri başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close