Azərbaycanın Baş epidemioloqu vəzifəsindən getdi…
![](/wp-content/uploads/2020/07/ibadulla-agayev-780x470.jpg)
Tibb elmləri doktoru, professor İbadulla Ağayev Azərbaycanın Baş epidemioloqu vəzifəsindən çıxıb.
Bu barədə “Report”a İ.Ağayev özü məlumat verib.
O bildirib ki, öz istəyinə uyğun olaraq Baş epidemioloq vəzifəsindən istefa verib.
Qeyd edək ki, İ.Ağayev 1992-ci ildən Azərbaycanın Baş epidemioloqu vəzifəsində çalışırdı.