Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşüb.

Nazirlikdən  Polise.az -a verilən məlumata görə, görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.

Səfir Alim Bayel iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə, həmçinin dekabrın 2-5-də ölkəmizdə keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliseşaz

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button