Azərbaycanlılar qayıtmağımı istəyir – Saakaşvili
Gürcüstanda yaşayan azərbaycanlılar mənim ölkəyə qayıtmağımı istəyir.
Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
“Gürcüstanın azərbaycanlı vətəndaşlarının 95 faizi televiziyanın keçirdiyi sorğuda bildiriblər ki, qəti şəkildə mənim ölkəyə qayıtmağımı tələb edirlər. Onlar yalnız mənim hakimiyyətim dövründə sakit, sülh içində yaşadılar və sabah üçün qorxuları yox idi”, – Saakaşvili bildirib.