Azərbaycan hökuməti Rusiya və Gürcüstan sərhədləri ilə bağlı qərarını verdi – İran niyə qərara düşmədi?

“Baş nazirin aprelin 7-də verdiyi qərar mühüm qərardır. Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədlərində buraxılış məntəqələrinin ötürücülük qabiliyyətinin artırılması məsələləri müzakirə olunur. Həmin məsələ bu qərarla həllini tapacaq. Baş nazirin qərarı həm də quru sərhədlərimizin açılmasına hazırlıq kimi dəyərləndirilə bilər”. Politoloq Oqtay Qasımov Baş nazir Əli Əsədovun aprelin 7-də imzaladığı dövlət ehtiyacları üçün torpaqların alınmasını və bu prosesə cavabdeh orqanın müəyyənləşdirilməsini nəzərdə tutan qərarı Medianews.az -a şərh edərkən belə deyib.

Qərara əsasən, “Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, eləcə də milli və iqtisadi təhlükəsizlik nəzərə alınaraq sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax və Qusar rayonlarında bir sıra torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq. Torpaqları almağa məsul orqan kimi Dövlət Gömrük Komitəsi müəyyənləşdirilib.

O.Qasımov hesab edir ki, qərarın yalnız Gürcüstan və Rusiya ilə sərhədlərimizə aid edilməsi siyasi yox, iqtisadi mahiyyətlidir: “İranla Azərbaycan arasındakı sərhəd məntəqələrinin buraxılış gücü kifayət qədər genişdir. Ona görə cənub sərhədimizin yaxın perspektiv üçün genişləndirilməsinə ehtiyac yoxdur. Amma Rusiya ilə ticarət dövriyyəsinin ciddi şəkildə artdığını, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yük daşımalarının məhz Rusiya ilə sərhədimizdən – “Samur” dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçiriləcəyini nəzərə aldıqda hökumətin qərarı anlışılandır.

Eyni fikri Gürcüstanla bağlı söyləyə bilərik. Azərbaycanın həm Türkiyə, həm Avropa ilə ticarət dövriyyəsi intensiv şəkildə artır. Gürcüstanla sərhədimizin – “Qırmızı Körpü” dövlət sərhəd buraxılış məntəqəsinin buraxılış gücü artıq bu həcmləri qarşılamaq üçün yetərli sayılmır. Şərq-Qərb Nəqliyyat Dəhlizi üzrə daşımaların dövriyyəsi isə ciddi şəkildə artır və getdikcə daha çox artacaq. Bu səbəbdən “Qırmızı Körpü”nün də buraxılış gücünün artırılmasına böyük ehtiyac var. Yəni Baş nazirin qərarının yalnız şimal sərhədlərimizlə bağlı olması siyasi deyil, iqtisadi motivlidir. Qeyd etdiyimiz kimi, “Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələri Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizərinin əsas komponetləridir və onların buraxılış həcmi xeyli artırılmalıdır”.

Xatırladaq ki, 2020-ci il martın 31-də koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. Hazırda quru sərhədlərin bağlı saxlanması daxili təhlükəsizliyi təmin etmək zərurəti ilə əsaslandırılır. Baş nazir Əli Əsədovun 2025-ci il martın 18-də verdiyi qərara əsasən, xüsusi karantin rejimi iyulun 1-dək uzadılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button