Azərbaycan ilə Bolqarıstan arasında hərbi sahədə əməkdaşlıqla bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və səfirliyimizin nümayəndələri Sofiyada bir sıra görüşlər keçiriblər.

Səfirlikdən  Polise.az-a bildiriblər ki, Bolqarıstan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və planlaşdırma idarəsinin rəisi briqada generalı Radostin İliev ilə görüşdə iki ölkənin Müdafiə nazirlikləri arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb, hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

M.Məmmədov 44 günlük Vətən müharibəsi və işğaldan azad olunmuş ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. Vətən müharibəsində qazanılmış Qələbənin regionda yeni reallıqlar, dayanıqlı sülh və sabitlik üçün əlverişli şərait yaratdığını vurğulayan hərbi attaşe Azərbaycanın postmünaqişə dövründə bölgədə sülh, sabitlik və inkişaf mühitinin formalaşması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində atdığı addımlar barədə məlumat verib. Bundan başqa, son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlik və ermənilərin regionda sabitliyin pozulması istiqamətində atdığı addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.

R.İliev Bolqarıstanın hər zaman iki ölkə arasındakı dostluğa sadiq qalacağını və etibarlı tərəfdaş olacağını bildirib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin, o cümlədən hərbi sahədə əməkdaşlığın dostluq və qarşılıqlı etimad üzərində qurulduğu xüsusi qeyd olunub. Müdafiə sahəsində işgüzar əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.

x x x

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasındakı hərbi attaşesi ilə görüşdə polkovnik Müşfiq Məmmədov Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin regionda sülhə, əməkdaşlığa və inkişafa xidmət etdiyini, əlaqələrimizin yüksək səviyyəsinin hərbi sahədə əməkdaşlığa da müsbət təsir göstərdiyini vurğulayıb.

Söhbət zamanı ölkələrimizin strateji müttəfiqliyinin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığı bildirilib. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button