Azərbaycan monitorinq qrupu Xocavəndə getdi
Bu gün azərbaycanlı ekoloqların Kaşen əlvan metallar mədənində monitorinqlər aparması baş tutmayıb.
Erməni KİV-lərinə istinadən xəbər verilir ki, buna səbəb sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı olub.
Belə ki, heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların (Qızılbular və Dəmirli) yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə ilə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və haqlı olaraq, Şuşa şəhərinə qayıtmağı lazım bilib.
Qeyd edək ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə Azərbaycan tərəfi müzakirələr aparsa da, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə həyata keçirilməyib.