Azərbaycan Ordusunun hərbçisi həlak olub

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub.

Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumatı “Report”a təsdiqləyib.

“Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır”, – məlumatda bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button