Azərbaycan Sloveniya iqtisadi əməkdaşlığı müzakirə olunub


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Sloveniya Respublikasından və BMT-nin Sənaye İnkişafı Təşkilatından (UNİDO) olan nümayəndə heyəti ilə əməkdaşlıq müzakirə olunub.

İRİA-dan  Polise.az -a bildirilib ki, görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən görüşdə sədr vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva İRİA-nın əsas fəaliyyət istiqamətləri, o cümlədən dövlət qurumlarının və sahibkarlığın rəqəmsallaşması, innovativ biznesə dəstək və insan kapitalının inkişafı sahəsində görülən işlər barədə qonaqlara məlumat verib.

Sloveniya Respublikasının İqtisadiyyat, Turizm və İdman Nazirliyinin Beynəlmiləlləşdirmə, Sahibkarlıq və Texnologiya Direktorluğunun Beynəlxalqlaşdırma sektorunun müdiri Qreqor Umrek İRİA-nın fəaliyyətini yüksək qiymətləndirib.

Qreqor Umrek Sloveniya Respublikasının innovativ və rəqəmsal inkişaf sahəsinin əsas fəaliyyət istiqamətlərini bildirib. Burada yaşıl iqtisadiyyata keçid, Avropa İttifaqının innovativ sənayelər birliyinin inkişafı və bu sahədə xarici ölkələrə bilik və bacarıqlarının ötürülməsi Sloveniyanın əsas prioritetidir.

Daha sonra Sloveniya İqtisadiyyat, Turizm və İdman Nazirliyinin Beynəlxalqlaşdırma Şöbəsinin katibi Yanez Roqelij Sloveniyanın xarici yardım siyasəti haqqında məlumat verərək UNİDO vasitəsilə Azərbaycanda rəqəmsallaşma və innovativ biznesin inkişafı istiqamətində yardım etməyə hazır olduqlarını bildirib.

Daha sonra İRİA-nın binasında Sloveniyadan olan startaplarla Azərbaycanın startapları arasında ikitərəfli və çoxtərəfli görüşlər, gələcək əməkdaşlıqlarla bağlı razılıqlar əldə edilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button