Azərbaycan “Türkmənistanın nefti və qazı – 2023” adlı 28-ci beynəlxalq konfrans və sərgidə təmsil olunur

Oktyabrın 25-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Türkmənistanın nefti və qazı – 2023” adlı 28-ci beynəlxalq konfrans və sərgi işə başlayıb.

Polise.az  xəbər verir ki, oktyabrın 27-nə qədər davam edəcək beynəlxalq konfransda dünyanın 40 ölkəsindən 400-dən çox nümayəndə heyəti üzvləri iştirak edir. 70-dən çox beynəlxalq enerji şirkətinin stendlərinin nümayiş edildiyi konfransda Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və səfirliyin əməkdaşları da iştirak edib. Səfir Q.Gözəlov nümayiş etdirilən stendlərə baxıb, şirkət rəhbərləri ilə energetika sahəsindəki imkanlar və mövcud əlaqələrin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Beynəlxalq sərgi-konfransda ölkəmizi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Sərgi zamanı SOCAR-ın “yeni üfüqlər” adlı stendi böyük rəğbətlə qarşılanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button