Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub

 

Aprelin 29-da Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsində  Polise.az-a bildirilib ki, səfir əvvəlcə etimadnaməsinin surətlərini təqdim edib. Sonra Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Yuriy Husyev Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button