Azərbaycan və Çili birgə layihələrin həyata keçirilməsində maraqlıdır

Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Luis Koloma Qrimberqin diplomatik fəaliyyətinin başa çatması münasibətilə tədbir keçirilib.

  Polise.az xəbər verir ki, müsahibə verən çilili diplomat Azərbaycanın gözəl ölkə olduğunu və burada işləməyin onun üçün əsl şərəf olduğunu vurğulayıb.

“Bakı gözəl, sakit, sürətlə inkişaf edən müasir şəhərdir. Üç il yarım burada işlədim, amma bu mənim üçün çox qısa idi, zaman həqiqətən də uçub getdi”, – deyə Fidel Koloma əlavə edib.

Çilinin Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəyini xatırladan müvəqqəti işlər vəkili ölkəsinin Qoşulmama Hərəkatının nazirlər toplantısında da iştirak məqsədilə geniş nümayəndənin göndəriləcəyini vurğulayıb.

Azərbaycan ilə Çili arasında çoxillik ikitərəfli münasibətlərə toxunan diplomat əvvəlcə səfirliyin açıldığını, hazırda isə dostluq əlaqələrinin qurulduğunu bildirib. “Yaxın gələcəkdə biz münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə etməyə başlayacağıq. Yaxşı haldır ki, hər iki tərəf birgə layihələrin həyata keçirilməsində maraqlıdır”, – deyən müvəqqəti işlər vəkili Fidel Luis Koloma fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrlə yanaşı, yerli KİV nümayəndələri, müəllim və tələbələr də iştirak ediblər.

Tədbir kubalı müğənni Yansel Kasteyonun ifasında musiqi proqramı ilə yekunlaşıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button