Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım: Dörd nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 794 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 090 nəfər müalicə olunaraq sağalıb, 9 727 nəfər vəfat edib, aktiv xəstə sayı 1 096 nəfərdir.

Ölkədə son sutka ərzində 3 658, hazırkı dövrədək isə 7 008 073 test aparılıb.

Xatırladaq ki, ötən gün koronavirusa yoluxanların sayı 68 nəfər olub.

Hamısını Göstər

Related Articles

Back to top button