Azərbaycanda vəzifəli şəxs saxlanıldı

Şəmkir Regional Mədəniyyət İdarəsinin müdiri Azər Rəcəbov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən idarədə əməliyyat keçirilib.

Azər Rəcəbov korrupsiya əməllərində şübhəli bilinir. Onunla yanaşı, daha bir neçə vəzifəli şəxsin də saxlanıldığı bildirilir.

A.Rəcəbov ötən ilin dekabrında mədəniyyət naziri Anar Kərimovun əmri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinə müdir təyin olunmuşdu. O, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Dövlət Sosial Müdafiə Fondunda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə şəhər Regional İdarəsində işləyib.

Qeyd edək ki, bir neçə gün öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan, Şəki, Xaçmaz və Qazax rayonlarındakı şöbələrində də əməliyyat keçirilmiş, vəzifəli şəxslər saxlanılmışdı.

Hamısını Göstər

Related Articles

Back to top button