Azərbaycanda xalq dövlətə dəstək verdi: Ermənistanda isə Paşinyanın devriləcəyi gün məlum oldu

Rəsmi İrəvanın hərbi avantüraları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində status-kvonu dəyirdirdi, təşəbbüs Azərbaycanın əlinə keçdi…

Ermənistanın hərbi təxribatları Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini demək olar ki, fərqli mərhələyə keçirtdi. Belə ki, bundan sonra bu münaqişənin nizamlanma prosesinin mövcud şərtlər üzərindən sürdürülməsinin artıq çox çətin olacağı qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, uzun müddətdən bəri atəşkəs hökm sürürdü. Münaqişə tərəfləri də məhz atəşkəs rejiminə dayalı situasiyanın şərtləri çərçivəsində manevrlər etməyə çalışırdılar.

Azərbaycan birmənalı şəkildə beynəlxalq hüquqa istinad etməklə, işğal altında olan ərazilərinin azad edilməsində israrlı mövqe tuturdu. Və bu haqlı mövqeyinin dəyişməyəcəyini də qətiyyən gizlətmirdi.

Ermənistan isə beynəlxalq havadarlarına güvənərək, özünü müəyyən mənada, toxunulmaz hesab edirdi. Ona görə də, rəsmi İrəvan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları prosesini açıq-aşkar sobataj etməkdən çəkinmirdi. Nəticədə sülh danışıqları prosesi öz əhəmiyyətini itirərək, dalana dirənmişdi.

unnamed.jpg (15 KB)

Rəsmi Bakı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticə verəcəyinə şübhə etdiyini vurğulamağa başlayıb…

Məsələ ondadır ki, son illərdə ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizamlanması prosesində hər hansı irəliləyişə nail ola bilməmişdi. Minsk qrupu həmsədrlərinin Ermənistanın sobataj cəhdlərinə heç bir sərt reaksiya verməyərək, seyirçi qalması sülh danışıqlarını nəticəsiz buraxırdı.

Təbii ki, rəsmi Bakı bu durumdan qətiyyən məmnun deyildi. Və artıq bir neçə dəfə Minsk qrupu həmsədrlərinə Ermənistanın davranışları ilə bağlı haqlı iradlar da bildirilmişdi.

Üstəlik, son vaxtlar rəsmi Bakı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticə verəcəyinə şübhə etdiyini də vurğulamağa başlayıb. Və rəsmi Bakı münaqişənin həllində irəliləyişə nail olmaq üçün əsasən, iki variant üzərində dayandığını da qətiyyən gizlətmir.

Birinci variant odur ki, sülh danışıqlarının onilliklərlə davam etməsi yolverilməzdir və əgər, bundan sonra da hər hansı bir irəliləyişə nail olunmayacaqsa, ATƏT-in Minsk qrupuna da ehtiyac qalmayacaq. Yəni münaqişənin nizamlanması prosesinə heç bir effektiv təsir göstərə bilməyən ATƏT-in Minsk qrupunun ləğvinin vaxtı artıq çatıb.

İkinci variant isə ondan ibarətdir ki, Minsk qrupu həmsədrlərinin indiki tərkibi Ermənistanın sobataj cəhdlərinə tolerant yanaşır, rəsmi İrəvana təzyiq göstərə bilmir. Ona görə də, Minsk qrupu həmsədrlərinin mövcud tərkib çərçivəsində fəaliyyəti mümkün deyil. Yəni Minsk qrupunun hər üç həmsədri dəyişdirilərək, beynəlxalq hüquq normalarına sayğı göstərəcək başqa ölkələrlə əvəzlənməlidir.

44b5a6ae601ea7e9cccd4e3a9f9fdb92.jpg (78 KB)

Rəsmi İrəvanın son hərbi avantüraları status-kvonu Azərbaycanın xeyrinə dəyişdirə biləcək olduqca önəmli faktorları da ön plana çıxartdı. Və bu, o deməkdir ki, bundan sonra daha heç nə əvvəlki kimi olmayacaq…

Təbii ki, ATƏT-in Minsk qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransa bununla razılaşmır. Eyni zamanda, həmsədrlərin mövcud tərkibi Ermənistanı da tamamilə qane edir. Çünki bu tərkib Ermənistan üçün sərfəli olan mövcud status-kvonun saxlanmasında qarant rolunu oynayır.

Ancaq bundan sonra mövcud status-kvonun aktual olacağı qətiyyən inandırıcı görünmür. Çünki rəsmi İrəvanın son hərbi avantüraları status-kvonu Azərbaycanın xeyrinə dəyişdirə biləcək olduqca önəmli faktorları da ön plana çıxartdı. Və bu, o deməkdir ki, bundan sonra daha heç nə əvvəlki kimi olmayacaq.

Birinci önəmli faktor ondan ibarətdir ki, Azərbaycan ordusunun Ermənistana məxsus hərbi hissələrdən qat-qat güclü və daha yüksək döyüş qabiliyyətli olduğu savaş meydanında birmənalı şəkildə sübuta yetirildi. Ermənistan ordusu Azərbaycan əsgəri qarşısında duruş gətirə bilmədi. Ağır məğlubiyyətə düçar oldu. Və hərbi əməliyyatlar davam edəcəyi təqdirdə, Azərbaycanın öz ərazilərini ən qısa müddətdə azad etməyə qadir olduğu növbəti dəfə təsdiqləndi, bunu isə bütün dünya gördü.

Bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi olaraq, vurğuladı: “Son günlər ərzində Azərbaycan ordusu bir daha öz üstünlüyünü göstərdi. Bu əməliyyatın Azərbaycan ordusunun şanlı tarixində öz yeri olacaq”.

006.jpg (472 KB)

Prezident İlham Əliyev: “Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşaldılır. Ölkədə panika yaranıb”.

Eyni zamanda, Prezident İlham Əliyev daha bir önəmli reallığı gündəmə gətirdi: “Azərbaycan ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət olunsun”.

Göründüyü kimi, Azərbaycan Prezidentinin vurğuladığı bu iki önəmli məqam Ermənistanla hərbi münaqişədə təşəbbüsün birmənalı şəkildə rəsmi Bakının əlinə keçdiyini təsdiqləyir. Və bu, əgər, sülh danışıqları olacaqsa, bütün şərtlərin artıq məhz rəsmi Bakı tərəfindən müəyyənləşdiriləcəyi anlamına gəlir.

Azərbaycanın cəbhə bölgəsində hərbi-psixoloji üstünlüyü ələ keçirtdiyini təsdiq edən daha bir önəmli məqam mövcuddur. Və “Azərbaycan kəndləri atəşə tutuldu, mülki şəxs həlak oldu, amma bir nəfər də yerindən tərpənmədi” deyən Prezident İlham Əliyev də həmin önəmli məqama xüsusi vurğu etdi: “Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşaldılır. Ölkədə panika yaranıb”.

İkinci önəmli faktora gəldikdəsə, məhz Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Ermənistanda panikanın yaranmasına diqqət etmək lazımdır. Çünki məhz bu faktor ordunun, yəni ön cəbhənin uğurunu öz dəstəyi ilə təmin etməli olan arxa cəbhənin psixoloji durumunu ifadə edir.

Məsələ ondadır ki, Ermənistanda bəzi kəndlərin və şəhərlərin boşaldıldığı, yerli əhalinin panik durum içərisində olduğu məlumdur. Bəs, Azərbaycanda vəziyyət necədir?

caf3fba3-a1c0-3c30-942b-b25d96e4cf78.jpg (100 KB)

Azərbaycan xalqı öz torpaqlarını Ermənistana buraxmaq niyyətində deyil. Və torpaqların azad edilməsi üçün hər şeyə hazırdır…

Fikrimcə, bu sualın cavabı bir neçə gün öncə hər kəsin anlayacağı şəkildə verildi. Belə ki, Ermənistanın hərbi təxribatı Azərbaycan xalqını qəzəbləndirdi. Onminlərlə insan meydanlara və küçələrə axışdı. Və işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsini tələb etdilər. Azərbaycan ordusunu və dövlətini birmənalı şəkildə dəstəkləyən şüarlar səsləndirdilər.

Təbii ki, Azərbaycan dövləti bundan tamamilə məmnundur. Və dövlətin məmnunluğu Prezident İlham Əliyevin açıqlamasında da öz əksini tapıb: “İyulun 14-də bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər Xiyabanına üz tutdu. Bu vətənpərvər addım alqışlanır. Bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər Xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir”.

Sonrakı günlərdəsə, minlərlə Azərbaycan gənci hərbi komissarlıqlara müraciət edərək, hərbi səfərbərlik üçün qeydiyyatdan keçdi. Bununla da sübut olundu ki, Azərbaycan xalqı öz torpaqlarını Ermənistana buraxmaq niyyətində deyil. Və torpaqların azad edilməsi üçün hər şeyə hazırdır, sadəcə, dövlətin qəti qərarını gözləyir. Eyni zamanda o da aydın oldu ki, Azərbaycanın hələ bir neçə rezerv ordusu da var və ehtiyatda çağırış gününü gözləyir.

Təbii ki, bütün bunlar Ermənistan üçün Azərbaycan ordusunun sarsıdıcı hərbi zərbələrinin ardınca vurulan daha bir siyasi-psixoloji zərbədir. İndi Ermənistan daha çox narahat olmalıdır. Çünki necə bir gücə qarşı düşmənçilik içərisində olduğunu bir daha gördü. Və yəqin ki, ən yaxın gələcəkdə bunun real nəticələrini də görməli olacaq.

110107413_1947894462007629_8845363711855077552_o.jpg (55 KB)

Əllərinə Ermənistan bayrağı almış 25-30 erməninin KaMAZ markalı maşının kuzovuna doluşub, Paşinyan hakimiyyətinə dəstək məqsədilə meydanda dövrə vurması rəsmi İrəvan üçün indiki məğlub situasiyada doğrudan da “böyük uğur” sayıla bilər…

Ancaq Ermənistanda da heç bir hərəkətlənmənin olmadığını iddia etmək ədalətsizlik olardı. Çünki düşmən ölkədə Paşinyan hakimiyyətinə dəstək deyil, məhz savaşın durdurulması şüarları ilə bir neçə aksiya keçirildi. Yəqin ki, bundan narahat olan rəsmi İrəvan Paşinyan hakimiyyətinə dəstək aksiyası təşkil etməyə cəhd göstərdi. Və müəyyən “uğurlara” da deyəsən, nail ola bildi.

Hər halda, əllərinə Ermənistan bayrağı almış 25-30 erməninin KaMAZ markalı maşının kuzovuna doluşub, Paşinyan hakimiyyətinə dəstək məqsədilə meydanda dövrə vurması rəsmi İrəvan üçün indiki məğlub situasiyada doğrudan da “böyük uğur” sayıla bilər.

Son hadisələr sayəsində deyəsən, Paşinyan hakimiyyətinin devriləcəyi gün də təxminən aydınlaşmış oldu. Yəqin ki, cəbhə bölgəsində nisbi sakitlik yarandıqdan dərhal sonra baş nazir Nikol Paşinyanın “xoruzunu qoltuğuna” verəcəklər.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button