Azərbaycanın döyüş təyyarələri birgə təlimlər üçün Türkiyəyə getdi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.

Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button