Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı sənəd hüquqi qüvvəyə minəcək

Azərbaycan Respublikası ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş hüquqi qüvvəyə minəcək.

Polise.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasında oktyabrın 2-də keçiriləcək ilk iclasının gündəliyində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button