Azad edilən ərazilərdə altı yeni hərbi hissə istifadəyə veriləcək

44 günlük Vətən müharibəsi nəticəsində düşməndən azad edilən torpaqlarda Dövlət Sərhəd Xidmətinin altı yeni hərbi hissəsi istifadəyə veriləcək. 

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu gün Dövlət Sərhəd Xidməti Akademiyasının (DSX) 10-cu buraxılışı münasibətilə keçirilən təntənəli mərasim deyib.

Onun sözlərinə görə, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib: 

“Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaq. Bu da dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhədçisinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür”, – deyə o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button