Azıx mağarasının görüntüləri yayıldı

Xocavənd rayonunun noyabrın 9-da işğaldan azad edildiyi açıqlanmış Azıx və Salakətin kəndləri arasında yerləşən Azıx mağarasının görüntüləri yayılıb.

Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə alim Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit” arxeoloji ekspedisiyası tərəfindən aşkar olunub. Aparılmış tədqiqat işləri zamanı 10 mədəni təbəqə aşkarlanıb. Mağarada ibtidai insana məxsus çənə aşkar edilməklə Quruçay, Aşel və Mustye mədəniyyətləri dövründə yaşayış olduğu müəyyən edilib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button