Bələdiyyələrlə bağlı cinayət xarakterli 20 fakt üzrə materiallar prokurorluğa göndərilib

Cari ilin birinci yarımildə Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb.

Bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 1 000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib.

Habelə qanunsuz verilmiş 3 500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close