Bərdə sakininin 16 min manatını ələ keçirən şəxslər tutulub.

Bərdədə dələduzluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunub.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə Lək kənd sakini F.Qədimovudan dələduzluq yolu ilə 16000 manat almaqda şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov və Bərdə şəhər sakini O.Həsənov saxlanılıb.
Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button