Bərdəyə hücumun ardınca Cenevrə görüşü… – Zülfüqarov

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşü heç bir real nəticə verə bilməz.

Bunu Axar.az-a bu gün Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşünü şərh edən sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O bildirib ki, Ermənistan öz mövqeyini dəyişməsə, danışıqlar masasında heç bir irəliləyişə nail olunmayacaq:

“Bərdə təxribatı və Ermənistan Baş nazir Nikol Paşinyanın açıqlamaları onların mövqeyinin hələ də dəyişmədiyini göstərir. Həmçinin Azərbaycan da öz mövqeyindən çəkilən deyil. Prezident İlham Əliyev Azərbaycanın məqsədlərini açıq şəkildə bəyan edib. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Azərbaycanın hədəflərini və məqsədlərini nəzərə alsaq, Ermənistan ordusu işğal etdiyi torpaqları qeyd-şərtsiz tərk etməlidir. Bu baxımından mən real danışıqlar üçün əsas görmürəm. Ola bilsin ki, görüşdə həmsədrlərin münaqişə tərəfi olan ölkələrə hər hansısa bir çağırışı olsun. Çağırış dedikdə konkret olaraq tərəflərin hərbi toqquşmadan imtina edib danışıqlar masasına qayıtması nəzərdə tutulur. Real vəziyyəti isə təhlil etsək görəcəyik ki, Ermənistan öz mövqeyini dəyişməsə, danışıqlar masasında heç bir irəliləyişə nail olunmayacaq. Bəllidir ki, onların bu mövqeyi uzunmüddətli deyil. Çünki onların hərbi imkanları artıq tükənir. Demək olar ki, qısa müddətdə onların qüvvələri tam şəkildə darmadağın ediləcək”.

Qeyd edək ki, nazirlərin görüşü sabaha keçirilib.

Hamısını Göstər

Related Articles

Back to top button