Bakı Baş Səhiyyə Mərkəzi qanunu pozdu

“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs məhkəməlik olub. 

Polise.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə bağlı protokol tərtib edilib. 

Mərkəz ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyini təmin etməyib. 

İşə Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır. 

İddia təsdiqini taparsa, “Bakı Baş Səhiyyə Mərkəzi”ni on iki min manatdan on beş min manatadək məbləğdə cərimə gözləyir. 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button