Bakı kəndləri su ilə imtahana çəkilir…

Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların vəzifələri sırasında “Ətraf mühiti qorumaq”da var.

Lazım gələndə onu qorumaqdan imtina etmək və ya bilə-bilə ətraf mühitin məhvinə şərait yaratmaq hüquqi ,hətta cinayət məsuliyyəti yaradır.

Son iki ay ərzində Azərsutəchizatın məsul nümayəndələri bəzi vətəndaşları ,əhalinin müəyyın qrupunu sudan qanunsuz istifadəyə görə təqib edir,onları susuzluqla imtahana çəkirlər.

Ehtimal belədir ki, qanunsuz su xətlərinin çəkilməsi və ondan istifadə su idarələrinin razılığı ilə həyata keçirilir.Başqa cür mümkün də deyil.Məsələ əndazəsini aşanda hamıya “görk”olacaq həddə həmin su xətləri ləğv edilir və cərimələr tərtib edilməyə başlanılır.İdarələrin su xətlərin nəzarət edən qurumları da var.Niyə bu nöqsanları vaxtında görə bilməyiblər?

İAŞƏ xidmətlərində də eyni hal yaşanır. Sudan uzun müddət sayğacdan kənar istifadə razılıq olmadan necə baş verə bilər?.

İki həftədir ki,Bakı kəndləri sudan əziyyət çəkir.Təntənəli və müqəddəs bir bayram -28 May ərəfəsində sutka ərzində bir lt.su xəttə buraxılmır. Vəziyyət mürəkkəb olaraq qalır.

İndi su qıtlığı yarandığından mövcud sui- istifadələri bu minvalla pərdələmək istəyirlər.Bir anlığa özümüzü günlərlə susuz qalan insanların yerinə qoyaq…

Əziz Həmvətənlər !Konstitusiyada Az.Dövlətinin Ali Məqsədi bilirsiz necə ehtiva edilib?

təxminən belədir:”İnsan hüquq və azadlıqlarını,habelə vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan dövlətinin Ali məqsədidir”.

Faktiki olaraq vətəndaşların sudan istifadə hüquqları pozulur…

Məsələnin başqa tərəfi də var.Belə getsə paytaxta yaxın kəndlərin ekologiyası-ətraf mühit bilə-bilə susuzluqdan məhv olacaq.Çoxillik ağaclar yanacaq.Bakı kəndlərində meyvə tərəvəzin qiyməti qalxacaq,əlçatmaz olacaq.Antisanitariyanın eskalasiyası böyüyəcək…

Ona görə də bu sahədə vətəndaşlara xidmət etməli olan dəyər verdiyimiz məmurlar vəzifə funksiyalarına vicdanla yanaşmalı, məsələnin çevik şəkildə həllini nəzarətdə saxlamalıdırlar.

Sayğac varsa su olmalıdır və yaxud su verilirsə sayğac qoyulmalıdır ki,sui-istifadələrə imkan verilməsin.

Məqsəd əhalinin suya tələbatını təmin etməkdir!

Sevindirici haldır ki, bəzi TV- lər də vətəndaşların yanındadır.

Şef redaktordan

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button