Bakı küləyi (esse)

Rəvayətə görə Xəzərdən əsən Bakı küləyi ətrafda bitən al-əlvan bir çiçəyin üzərindən ötəndə ətirin qoxusundan məst olub dayanır. Çiçəyin məstedici qoxusu Bakı küləyinə xoş gəlmiş, külək gülə valeh olmuşdu. (Gözəlliyinə şükür Allah!)

Geri qayıdıb bir də o çiçəyə toxunmaq qərarına gəldi. “Əgər, bu dəfə mən gücümü tam göstərə bilsəm, gül mənə daha çox təravət bəxş edəcək” – deyə düşünmüşdü Bakı küləyi.

Dərindən nəfəs alıb coşqu ilə öz sevgisini o çiçəyə bəyan etmək istədi. Bu dəfə çiçək zora dözməyib qırılır.

Külək onu qaldırmağa cəhd etsə də, bacarmayıb sakitləşir. Gülə yaxınlaşır, lakin gülün artıq solduğunu duyduqda haray qoparır. Səsindən dalğalar şahə qalxır. Kökü yerin səthində olan bəzi ağaclar küləyin sürətinə dözməyib məhvərində duruş gətirə bilmir. Külək bir az da coşur, şəhəri var gücü ilə silkələyir və düşünür: “Mən sənə sevgimin gücünü göstərdim, sən isə qırılıb soldun, mənim solan məhəbbətim!…

Artıq yoxsan!…
Görünür səndə sevgimə cavab verməyə gücün qalmadı. Deməli, sən məni sevmirdin, eləmi!? “
Amma çiçəkdən gələn ətir artıq tükənmişdi…
Küləklər şəhəri həmin vaxtdan sakitləşmir…

Sevənlər düşünməli və unutmamalıdırlar ki, sevginin dəyəri və həddi ehtiras, kobudluq və qabalıqla (zorakılıqla) deyil, mehribanlıq, şəfqət, incə qəlb, həsrət abırla, iffətlə və intizarla ölçülür.

Sevənlərə qəlb qırmaqdansa, on dəfə səbr etmək və təmkinli olmaq məsləhət görülür.

Ailənin möhkəmliyi də hər ikinizin təmkinində və səbrindədir, Xanım Əfəndilər və Bəy Əfəndilər!…

Bir zaman Hz.Züleyxa Hz.Yusifə vurulmuşdu. Onu qınayan xanımlar və ona həqarət edənlər Hz.Yusifi görəndə Tanrının bəxş etdiyi bu gözəllik qarşısında çaş-baş qalıb əllərindəki bıçaqla barmaqlarını qana boyamışdılar… Sonradan İlahi hikmətlə Züleyxanın gözəlliyi ona qaytarılmışdı…

Hz.Züleyxa Hz.Yusifə:
-Gözlərin çox gözəldir -deməklə, cavabında Hz.Yusif:
-Bu gözlər, qiyamət günündə Aləmlərin Rəbbinə baxacaq və o bənzərsiz məşhər gününü seyr edəcək… demişdi…

Hamısını Göstər

Related Articles

Back to top button