Bakı polisi: Bibiheybətdə neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı araşdırmalar aparılır

“Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda yayılan iddialar nəzarətə götürülüb”. 

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddialar əsassızdır, təsdiqini tapmayıb:

“Buna baxmayaraq, fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcəkdir”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close