Bakı-Quba yolunda mikroavtobusla TIR-ın toqquşdu – çox sayda ölənlər var
Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Baş vermiş dəhşətli yol qəzasında vəfat edənlər dəmir yolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olublar.
Hadisə dəmiryolçular səhər işə gedərkən qeydə alınıb. Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Hadisədən sonra vəfat edənlərin meyitləri Sumqayıt Şəhər Xəstəxanasının morquna gətirilib.
Qəzada dünyasını dəyişən şəxslərdən beşinin kimliyi məlum olub.
Məlumata görə, qəzada ölən 5 nəfər aşağıdakılardır:
1. 1986-ci il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov
2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov
3. Yasamal rayon sakini İlqar Musayev
4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Alik Balakişiyev Yusif oğlu.
5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu
Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin də kimliyi dəqiqləşdirilir.
Ölənlərin meyitləri Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.
Bununla yanaşı, yol qəzasında xəsarət alan TIR sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.