Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə “Report”a Nərimanov rayon Prokurorluğundan bildirilib.

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button