Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 23-ü saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İmanov Tural İslam oğlu etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə yolu keçmək istəyən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button