Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yanıb
Paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.