Bakıda “Lotu Quli”nin yaxın adamının qətli: ittiham olunanlardan biri bəraət aldı

Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Həsən Tağıyev 18 il azadlıqdan məhrum edilib. Zaur Yusifovun qətldə iştirakı sübuta yetirilməyib və ona bəraət verilib. Zaur Yusifov məhkəmə zalından azadlığa buraxılıb.

Həmin səs-küylü qətl  2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, İsrafil Haşımov küçəsində baş vermişdi. H.Tağıyev əvvəllər dəfələrlə məhkum olunmuş Emin Səfərovu çoxsaylı bıçaq zərbələri ilə öldürüb. 1984-cü il təvəllüdlü Zaur Yusifov isə mayın 12-də şübhəli şəxs qismində tutulub.

Qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” ləqəbi ilə tanınıb. O, “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı kimi təqdim edilib. Zaur Yusifov isə kikboksinq üzrə dünya çempionudur. Qətli törədən H.Tağıyev də əvvəllər məhkum edilib, hadisədən əvvəl isə avtobus sürücüsü işləyirmiş.

Həsən Tağıyev

Məlumatlara görə münaqişəyə səbəb H.Tağıyevin E.Səfərova qarşı qarşı “yekəxana münasibəti” olub. O, yolda Həsəni görüb və “ə, bura gəl” deyərək onu yanına çağırıb. Emin isə bunu hörmətsizlik kimi qəbul edib və buna görə Həsəni cəzalandıracağını deyib. Onlar arasında “razborka” bir müddət davam edib, nəhayət növbəti “razborkalardan” birində H.Tağıyev kriminal avtoriteti çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

virtualaz.org

Hamısını Göstər

Related Articles

Back to top button
Close