Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

Sabah, avqust ayının 1-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə paytaxtın kommunal strukturlarından məlumat əldə edilib.

Bununla əlaqədar maddələrin qəbul olunan müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.  

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close