Bakıda qadın başına dəmir düşməsi nəticəsində həyatını itirdi

Bakıda 28 May metrostansiyası yaxınlığında bədbəxt hadisə baş verib.

Qadının başının üzərinə dəmir düşüb. Nəticədə 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı hadisə yerində keçinib.

Onun Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivində yaşadığı bildirilir.

Qeyd edək ki, ətrafda tikinti prosesi gedir. Ehtimal olunur ki, dəmir parçası qadının üzərinə həmin istiqamətdən düşüb.

Havanın küləkli olması da buna şərait yaradıb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button