Balakəndə obyektinin açılışını edən sahibkar məsuliyyətə cəlb edildi

Balakəndə obyektin açılışı məqsədilə məclis təşkil edən icarədar barəsində toplanmış materiallar məhkəməyə göndərilib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində karantin qaydalarını pozaraq insanları biryerə toplayıb,  yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “polise.az“a verilən məlumata görə,  polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda  20-yə yaxın şəxsi biryerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.

İcarədar  barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button