Balakəndə avtomobil piyadanı vuraraq öldürüb

 Oktyabrın 14-də saat 19 radələrində Balakən rayonunun Kortala kəndi ərazisində  piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə. Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə piyada  hərəkətdə olan Kortala kənd sakini Qurban Kərimovu vurub. Nəticədə Q.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button