Balakəndə narkomaniyanın zərərləri ilə bağlı tədbir keçirilib

Balakən rayonunun Yeni Şərif kənd tam orta məktəbində “Narkomaniyaya qarşı birgə olaq” mövzusunda tədbir keçirilib. Yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, onları zərərli vərdişlərdən uzaq tutmaq məqsədilə keçirilən tədbirdə polis əməkdaşları, müəllimlər, eləcə də IX-XI sinif şagirdləri iştirak ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov  çıxışında ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb, maarifləndirmə işinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

Daha sonra “ağ ölüm”ün fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və mövzu ilə əlaqəli məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button