Balakəndə yol polisi reyd keçirib

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərə, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən, digər qayda pozuntularına yol verən şəxslərə qarşı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Yol polisləri onları avtobuslarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar. Aparılan izahedici söhbətlərə və xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati tənbeh tədbirləri görülüb.

Yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı da nəzarət-profilaktik tədbir keçirib. Onların barəsində cərimə protokolu tərtib olunub.

Hamısını Göstər

Related Articles

Back to top button